Rinoplastika (Burun Əməliyyatı)
پنجشنبه, ۴ مهر ۱۳۹۸، ۱۱:۴۹ ق.ظ
Burun Estetikası – Rinoplastiya
Yerinə yetirilən cərrahi əməliyyat: Burunun kiçildilib ya da böyüdülərək yenidən formalaşdırılması. Kiçik donqarın (çıxıqlığın) götürülməsi, burun deşiklərinin daraldılması və burun ucunun incəldilib formalaşdırılması. Eyni zamanda var olan septum əyriliklərinin (deviasiya) düzəldilməsi.
- Əməliyyat müddəti: 1-3 saat
- Anesteziya şərtləri: Ümumi anesteziya
- Xəstəxanada qalış: 0 – 1 gün
- Mümkün rahatsızlıqları: Göz ətrafında şişliklər, qançırlar, keçici baş ağrısı, ilk 2 gün kiçik sızıntılar.
- Riskləri: Reviziya tələb edə biləcək nizamsızlıqlar
Düzəlmə periodu:
Əməliyyatdan sonra 48 saat burunda tampon vardır, ilk 1 həftə burun gipsi və ikinci həftədə da burun binti istifadə edilir.
- İşə dönüş: 1-2 həftə sonra,
- Ağır məşqlər: 2-3 həftə sonra,
- Eynək taxmama-zərbələrdən qorunma 8 həftə,
- Şişliklərin tamamən itməsi: 2 ay,
- Burnun dəyişməyəcək son halını alması: 1 il.
Rinoplastika əməliyyatı burunun formasinin yenidən planlaşdırılıb şəkilləndirilməsinə deyilir. Estetik görüntü ilə yanaşı sağlamlıq problemləri də Rinoplasti əməliyyatı ilə həll olunur.Burunun içindəki əyriliklərin düzəldilməsi, hava yolunun açılması,daha rahat nəfəs alınmasını təmin edir.